
İdarədən senzor.az-a verilən məlumata görə, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) təşəbbüsü ilə hər il mart ayının son şənbə günü dünyada “Yer saatı” ekoloji aksiyası keçirilir. Aksiya çərçivəsində binaların fasad işıqları söndürülərək iqlim dəyişikliyinə və ekoloji fəsadlara diqqət cəlb edir.
Azərbaycan “Yer saatı” kampaniyasına rəsmi olaraq 26 mart 2011-ci ildə qoşulub və ilk aksiya çərçivəsində Qız Qalasının işıqları söndürülüb.
Bu il Bakının bir çox tanınmış tikililəri də fasad işıqları 1 saatlıq söndürülərək aksiyaya qoşulacaqlar.