
Senzor.az bildirir ki, bunu ABŞ Prezidenti Co Bayden Varşavada çıxışı zamanı deyib.
Onun fikrincə, Rusiya lideri Vladimir Putin Ukraynaya qarşı genişmiqyaslı müharibənin məqsədləri barədə yalan danışır.
"Putinin denasifikasiya iddiaları yalandır", - deyən Bayden vurğulayıb ki, Ukrayna xalqı demokratik prinsiplər uğrunda mübarizə aparır. ABŞ lideri Ukrayna xalqının yanında olduğunu bir daha diqqətə çatdırıb.
Bayden, eyni zamanda vurğulayıb ki, Putin Ukraynada müharibəni bitirməlidir.