"G7" ölkələri imtina etdilər
RUSİYAYA QAZPULU RUBLLA ÖDƏNİLMƏYƏCƏK
“G7” ölkələri Rusiyaya qazın pulunu rublla ödəməyəcəklər”. 
 
"Associated Press" xəbər verir ki, bu barədə Almaniyanın vitse-kansleri Robert Xabek deyib.
 
O bildirib ki, "G7" ölkələri Rusiyanın enerji idxalına görə rublla ödəniş tələbindən imtina edirlər.
 
Vitse-kansler əlavə edib ki, Almaniya Rusiyadan təbii qaz idxalının dayandırılmasının bütün ssenarilərinə, o cümlədən Moskvanın birtərəfli qaydada tədarükü kəsməsi variantına hazırdır.
 
"Biz bütün ssenarilərinə hazırıq, özü də təkcə dünəndən yox. Almaniya hökuməti yeni ilin əvvəlindən bunun üzərində işləyir. Berlin Rusiyadan neft, qaz və kömür idxalı asılılığını tədricən azaltmağa səy göstərir", - o vurğulayıb.
 
Vitse-kansler Moskvanın qazın pulunu rublla ödəməsi tələbini Qərbi parçalamaq cəhdi kimi qiymətləndirib. O, qaz tədarükünün rublla ödənilməsinin qəbuledilməz olduğunu söyləyib.
 
Azvision.az xatırladır ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin hökumətin iclasında bildirib ki, təbii qaz tədarükü üçün ödənişlər dollar, avro da daxil olmaqla digər valyutalarla qəbul edilməyəcək, rublla ödənişlərə keçiləcək.
 
“Mən qeyri-dost adlandırılan ölkələrə verilən təbii qaz üçün ödənişlərin Rusiya rublu ilə edilməsinə dair bir sıra tədbirləri həyata keçirmək qərarına gəldim”, - Putin qeyd edib.
 
"G7" dövlətlər qrupuna Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya daxildir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.