Bayden Putinlə görüşü istisna etmir – “ABŞ-ın RUSİYA RƏHBƏRLİYİNİ DƏYİŞMƏK SİYASƏTİ YOXDUR”
ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşü istisna etməyib.
 
“RİA Novosti” xəbər verir ki, amerikalı lider bunun Rusiya Prezidenti ilə müzakirə edəcəyi məsələlərdən asılı olduğunu söyləyib.
 
“Bu, onun nə haqqında danışmaq istəməsindən asılıdır", -  deyə Bayden jurnalistlərə bildirib.
 
O, bu yaxınlarda Putinin hakimiyyətdən getməli olduğu barədə dediklərinə izah da verib. Bayden deyib ki, bu, ABŞ-ın Rusiya rəhbərliyinə qarşı rəsmi siyasətini dəyişmək istəyindən yox, Rusiya qoşunlarının Ukraynadakı hərəkətlərindən hiddətdən irəli gəlir. 
 
Ağ Ev rəhbəri bildirib ki, ölkəsi Vladimir Putinin Rusiya prezidentliyindən devrilməsinə nail olmağa yönəlmiş siyasət yürütmür. 
 
O əlavə edib ki, Putinlə bağlı məlum fikri səsləndirərkən yalnız mənəvi qəzəbini ifadə edib və buna görə üzr istəməyəcək.
 
ABŞ Prezidenti həmçinin bildirib ki, onun Rusiya Federasiyasının Prezidenti ilə bağlı bəyanatları diplomatik qarşılıqlı əlaqələri çətinləşdirməyəcək və Ukraynada gərginliyə səbəb olmayacaq.
 
Senzor.az xatırladır ki, martın 26-da Varşavada çıxış edən Bayden “Ukraynada hərbi əməliyyat heç vaxt Rusiyanın qələbəsi ilə bitməyəcək” demişdi.
 
Ağ Ev rəhbəri açıqlamasında onu da bəyan etmişdi ki, Putin hakimiyyətdə qala bilməz, getməlidir...





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.