Ermənistan Hərbi Hava Qüvvələrinin dörd ədəd “SU-30” döyüş təyyarəsini pilotları ilə birlikdə sonradan Ukraynada istifadə olunması üçün Rusiyaya göndərməsi artıq Ukrayna mətbuatında da işıqlandırılıb. Faktla bağlı ilk məlumatı isə Türkiyənin “Haber Global” telekanalı yayıb.
Əfsanəvi ukraynalı general, Ukrayna Silahlı Qüvvələri Xüsusi Əməliyyat Qüvvələri komandanının keçmiş birinci müavini, bu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinin keçmiş müavini Sergey Krivonos Oxu.Az-a şərhində qeyd edib ki, Ukraynanın sözügedən hadisəyə reaksiyası kifayət qədər sərt olmalıdır:
- Görək, bizim xarici işlər nazirimiz hansı mövqeni tutacaq. Ancaq mən ilk növbədə demək istəyirəm ki, əgər Rusiya Ukrayna ərazisində hərbi əməliyyatlar aparmaq üçün KTMT müttəfiqlərinin qüvvələrini cəlb etməyə başlayıbsa, deməli, onlarda heç də hər şey yaxşı getmir. Bunu kəşfiyyat məlumatları da təsdiqləyir. Amma təbii ki, biz rahatlaşmamalıyıq. Onlar hələ də kifayət qədər güclüdürlər, baxmayaraq ki, strateji resursları tükənib.
İkincisi, mən istəməzdim ki, vurulmuş erməni pilotların cəsədləri Ermənistana göndərilsin. Erməni pilotlara məsləhət görərdim ki, Ukraynanın dinc şəhər və kəndlərini bombalamaq üçün pilot kabinəsinə oturmazdan əvvəl yüz dəfələrlə düşünsünlər. Onlar üçün hər uçuş sonuncu ola bilər. Bundan əlavə, Ukrayna xalqının güclü yaddaşı var.
Həmçinin yadda saxlamaq lazımdır ki, Ukraynada böyük erməni diasporu yaşayır. Onun nümayəndələri isə erməni pilotların atdığı bombaların altında ola bilərlər. Buna görə də pislik etməmək daha yaxşıdır, çünki pislik yüzqat güclü şəkildə özlərinə qayıda bilər.
Nair Əliyev