
UNİAN xəbər verir ki, Şolts bu barədə partiyanın iclasında danışıb.
O bildirib ki, müharibənin başlanmasının səbəbi Moskvanın imperialist maraqlarıdır.
“Rusiya imperialist maraqları rəhbər tutaraq Ukraynaya hücum etdi. Aqressiv müharibənin məqsədi əraziləri ələ keçirməkdir. Almaniya bunu qəbul etmir”, - Kansler vurğulayıb.
“Report” xatırladır ki, Almaniya müharibənin ilk günündən etibarən Ukraynaya dəstək verir, ölkəyə humanitar və hərbi yardımlar göndərir, Rusiyaya sanksiyalar tətbiq edir.