Tramp Putinə müraciət etdi - BAYDENİN OĞLUNA GÖRƏ
ABŞ-ın sabiq lideri Donald Tramp Rusiya Prezidenti Vladimir Putini hazırkı dövlət başçısı Co Baydenin oğlu Hanterlə bağlı sənədləri açıqlamağa çağırıb.
 
Bu barədə o, “Real America's Voice” telekanalına müsahibəsində deyib.
 
Tramp Moskvanın keçmiş meri Yuri Lujkovun həyat yoldaşı Yelena Baturinanın Hanter Baydenə 3,5 milyon dollar ödədiyini iddia edib.
 
"Düşünürəm ki, Putinin cavabı var. Məncə, bu cavab artıq verilməlidir", - keçmiş prezident deyib.
 
Tramp uzun müddətdir ki, Baydenin oğlunun Baturinadan pul aldığını söyləyir, lakin heç bir sübut təqdim etmir. Bayden isə Lujkovun həyat yoldaşından pul aldığını inkar edir.
 
Azvision.az xatırladır ki, ABŞ Konqresinin Nümayəndələr Palatası 2019-cu ildə Trampa qarşı impiçment proseduruna başlamışdı, səbəb isə Ukrayna Prezidenti Vladimir Zelenskini ona Hanter Baydenlə bağlı ittiham xarakterli məlumatlar verməyə məcbur etməsi olub.
 
Hanter atası Co Baydenin ABŞ-ın vitse-prezidenti olduğu müddətdə Ukraynanın “Burisma” qaz şirkətində çalışıb. Tramp iddia edir ki, Bayden “Burisma”nı korrupsiya araşdırmasından qorumaq üçün Ukraynanın baş prokurorunu istefaya məcbur edib. Trampın impiçment cəhdi Senatdakı müxalifətə görə uğursuz oldu.
 
“AFP” isə qeyd edir ki, Tramp Co Baydenin Ukraynaya hücuma görə Rusiya Prezidentini hərbi cinayətkar elan etdiyi bir vaxtda kömək üçün Putinə müraciət edir. Bayden bu yaxınlarda Putinin hakimiyyətdə qala bilməyəcəyini və bunun Rusiya ilə ABŞ arasında münasibətləri daha da gərginləşdirdiyini də söyləyib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.