Əməkdar rəssam Rəşad Ələkbərov barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı prokurorluq orqanlarının vəsatətinə baxılıb.
Senzor.az bildirir ki, bu barədə onun vəkili Adəm Məmmədov məlumat verib.
Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda vəsatət təmin olunub.
R.Ələkbərov məhkəmə zalından azadlığa buraxılıb.
**17:51
Azərbaycanın Əməkdar rəssamı Ələkbərov Rəşad Böyükağa oğlu həbs edilib.
Senzor.az bildirir ki, bu barədə jurnalistlərə vəkil Adəm Məmmədov məlumat verib.
O bildirib ki, Rəşad Ələkbərov prokuroluq əməkdaşları tərəfindən saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
Bu gün R.Ələkbərovun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, R.Ələkbərov Azərbaycanın Əməkdar rəssamıdır. Onun əsərləri Azərbaycan, Türkiyə, İtaliya və Rusiyada şəxsi kolleksiyalarda saxlanılır.