
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
O bildirib ki, martın 10-da Azərbaycan Minsk qrupu vasitəsilə Ermənistana beş bəndlik təklif təqdim edib, martın 14-də onlar da ona eyni qayda ilə yazılı şəkildə cavab veriblər.
Paşinyan onu da əlavə edib ki, 2022-ci il aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşəcək.