Rublla ödənişdən imtina edilərsə, Rusiya qazının idxalına dair mövcud müqavilələr ləğv ediləcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu qərarı Rusiya Prezidenti Vladimir Putin ölkənin aviasiya sahəsinin nümayəndələri ilə keçirdiyi müşavirədə açıqlayıb.
Prezident deyib ki, Rusiyaya heç kim pulsuz heç nə satmır. “Biz də xeyriyyəçiliklə məşğul olmayacağıq. Odur ki, mövcud müqavilələr ləğv ediləcək”, - deyə o bildirib.
Vladimir Putinin bu çıxışından sonra Fransanın iqtisadiyyat və maliyyə naziri Bryuno Le Mer ölkəsinin Rusiyanın rublla ödənişlər etmək qərarını qəbul etmədiyini vurğulayıb. O, G7 ölkələrinin bəyanatını xatırladaraq deyib ki, bu ölkələr qaz idxalına görə rublla ödəniş etmək tələbini qəbul etmirlər. Nazir deyib: “Bu, müqavilədə nəzərdə tutulmayıb. Razılıqlara ciddi əməl olunmalıdır”.
Almaniya Kansleri Olof Şolts da bildirib ki, müqavilələrdə ödənişin dollar və ya avro ilə həyata keçirilməsi göstərilib. “Mən Putinə dedim ki, belə də olacaq”, - O.Şolts bildirib. O, Rusiya enerji daşıyıcılarından asılılığın cari ildə aradan qaldırılacağını da vurğulayıb.