
Senzor.az bildirir ki, bu barədə müvafiq qərar "Resmi Gazete"də dərc olunub.
Qərar imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, sözügedən Protokol 2021-ci il fevralın 19-da Ankarada Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası çərçivəsində imzalanıb.
Sənəd iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyə təcrübəsinin öyrənilməsini ehtiva edir.