Rusiyalıların əksəriyyəti (79%) Prezident Vladimir Putinin işini müsbət qiymətləndirir.Yerli KİV yazır ki, bu, “İctimai fikir” fondunun keçirdiyi rəy sorğusunun nəticələri hesablandıqdan sonra məlum olub.
Prezidentin öz vəzifəsini yaxşı, yaxud pis yerinə yetirməsi ilə bağlı suala respondentlərin 79%-i yaxşı, 9%-i pis cavabını verib. Rəyi soruşulanların 12%-i cavab verməkdə çətinlik çəkib.
Respondentlərin 77%-i Putinə etibar etdiyini deyib, 13%-i ona inanmadığını bildirib, 10 faizi isə suala cavab verməyib.
Sorğu Rusiya Federasiyasının 53 subyektinin 104 şəhər və kənd yaşayış məntəqəsində 18 yaşdan yuxarı 1500 nəfərin iştirakı ilə keçirilib.