Çeçenistanın rəhbəri Ramzan Kadırov Rusiyanı tərk edən teleaparıcı İvan Urqantı “böyük vətənpərvər” adlandıran Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovu tənqid edib.
Senzor.az bildirir ki, Kadırov bəyanatını aprelin 3-də “Telegram”da dərc edib.
Çeçen lideri bir növ çaşqındr, "demə, öz ölkəsinin vətənpərvəri olmaq üçün Rusiyanın hərəkətlərini tənqid etmək, xaricə getmək, özü də ucadan və pafoslu şəkildə personası ətrafında səs-küy yaratmaqla, sonra - qarşıdurmanın siyasi dərəcəsi aşağı düşəndə isə, heç nə olmamış kimi, geri qayıtmaq lazımdır".
“İşlək sxemdir, istifadə edin. İvan Urqant buna bənzər bir şey etdi və bu yaxınlarda Dmitri Peskovdan "böyük vətənpərvər" titulu aldı. Vətənpərvər olmaq belə asandır, eləmi? Kərpic qalaqları və beton divarlar arasında forma geyinib qaçmaq sizə yaraşmaz. Və bir neçə sutka soyuq səngərdə oturmaq da. Görünür, biz “vətənpərvərlik” anlayışının yenidən necə qiymətləndirildiyini nəzərdən qaçırmışıq”, - Kadırov kinayə və hiddətlə bildirib.
Çeçenistan Respublikasının rəhbəri Dmitri Peskovun ona general-leytenant rütbəsi verilməsinə, “fərmanı görmədiyi”ni əsas gətirərək münasibət bildirməməsinə də təəccüblənib. “Biz bütün təhlükəsizlik qüvvələri və könüllülərlə gecə-gündüz burada xüsusi əməliyyat keçirməklə məşğuluq. Necəsə ürəkləndirmək və ya daha incə şəkildə şərh vermək olardı, amma yox-“fərmanı görməyib!”. Lakin əvəzində qeyri-sabitlik anında guya məzuniyyət adı ilə ölkədən əkilən, vəziyyət sabitləşəndə isə siyasi arenaya qayıdan qorxaq əsl vətənpərvərdir. İndi cəmiyyətdə qəribə bir yanaşma metodu formalaşıb. Qəhrəmanlara qəhrəman, generallara general deyilmir, amma qorxaq qaçaqlara “vətənpərvər”, hətta “böyük vətənpərvər” deyirlər. Peskovun prioritetlər cədvəli nədənsə yetkin deyil. Bununla bağlı nəsə etmək lazımdır...”, – Kadırov vurğulayıb.
Xatırladaq ki, Dmitri Peskov bir neçə gün öncə tanınmış aparıcı İvan Urqantın ölkəni tərk etməsinə münasibət bildirərkən Rusiya ictimaiyyətini ona qarşı anlayış göstərməyə çağırmış və "İvan Urqant böyük vətənpərvərdir" demişdi...
Senzor.az