Hollandiyalı jurnalist Robert Dulmers Ukraynadan qovulduğu barədə məlumat yayıb.
"Nederlands Dagblad"ın əməkdaşı - hərbi reportyor deyib ki, o, Kiyevin dövlət sirri saydığı fotoları “Twitter”də paylaşdığı üçün belə bir halla üzləşib.
“Ukraynadan ona görə ekstradisiya etdilər ki, mən öz işimi yerinə yetirirdim. 10 il müddətinə “persona non qrata” elan olundum”, – jurnalist öz “Twitter” hesabında yazıb.
O, Ukraynada akkreditasiya qaydalarına uyğun işlədiyini iddia edib.
“Mən indi öyrəndim ki, Ukrayna mətbuatın fəaliyyətini qeyri-mümkün edən yeni qaydalar tətbiq edib. Bu qaydalar barədə isə məlumat verilməyib”, - hollandiyalı reportyor yazıb.
Azvision.az xatıradır ki, "Nederlands Dagblad" Dulmersin Odessaya raket hücumunu lentə alıb şəkilləri “Twitter”də yerləşdirdiyini yazıb. Bundan sonra Ukrayna hakimiyyəti onu dövlət sirlərini yaymaqda ittiham edib.