
Senzor.az bildirir ki, Ukraynanın Buça və İrpen şəhərlərində törədilmiş qətliamla əlaqədar Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) dünən yaydığı bəyanatda belə deyilir.
Bəyanatda xatırladılır ki, adı çəkilən şəhərlər Rusiya hərbi qüvvələrindən təmizləndikdən sonra əraziyə daxil olan hərbçilər və hüquq mühafizə orqanlarının əməkdaşları Ukrayna xalqına qarşı törədilmiş amansız cinayətin - kütləvi edamlar, işgəncələr və zorlamalarla müşahidə olunan dəhşətli mənzərənin şahidi olublar: “Məlum olub ki, şəhərlərin küçələri insan meyitləri ilə doludur. Ən dəhşətlisi odur ki, öldürülənlərin əksəriyyəti dinc sakinlər, əsasən də yeniyetmələrdir. Eyni zamanda tapılan kütləvi məzarlıqlarda yüzlərlə insanın dəfn edilməsi də aşkar edilib.

