İrəvanın mərkəzində aksiya:
MÜXALİFƏTDƏN NÖVBƏTİ QARABAĞ VƏ MÜHARİBƏ ÇAĞIRIŞLARI...
Ermənistanda parlamentin müxalif “Ermənistan” və “Şərəf duyuram” fraksiyalarının təşkilatçılığı ilə aksiya keçirilib.
 
Senzor.az bildirir ki, aksiya iştirakçıları İkinci Qarabağ müharibəsindən sonra ərazi bütövlüyünü bərpa edən Azərbayacana qarşı yenidən torpaq iddiaları ilə çıxış ediblər. Yerli KİV aksiyanın Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında çərşənbə günü Brüsseldə keçirilməsi planlaşdırılan görüş ərəfəsində təşkil edilməsini İrəvanın növbəti fiasko ilə üzləşmək ehtimalı ilə əlaqələndirir. Qeyd edilir ki, müxalifətçilər görüş zamanı Paşinyanın Azərbaycana yeni güzəştlər edə biləcəyindən ehtiyatlanırlar. .
 
Aksiya iştirakçıları “Nikolsuz Ermənistan”, “Nikol satqındır”, “Ermənistan, qalx” və s. şüarlar səsləndiriblər.
 
Aksiya iştirakçıları bəyanat da yayıblar. Bəyanatda əsasən Qarabağa yenidən iddialar əksini tapıb, Qarabağın Azərbaycanın tərkibində heç bir statusla olmamasına xüsusi “vurğu” edilib.
 
Mitinqdə çıxış edənlər də “nəyin bahasına olursa olsun” deyə, yenə müharibəyə çağırış ediblər.
 
Görünür, 44 günlük savaşda yaşananlar ermənilərə dərs olmayıb...





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.