
TASS xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts deyib.
“Brüssel Moskvaya daha çox təzyiq göstərəcək. Avropa İttifaqının Rusiya əleyhinə beşinci sanksiyalar paketinin müzakirəsi son mərhələdədir” , - o bildirib.
Qeyd edək ki, Avropa İttifaqı daha əvvəl Kremlə qarşı beşinci sanksiyalar paketi üzərində işlədiyini açıqlamışdı.