Millinin yarışlarından imtina etmiş şahmatçı: “Düşünülməmiş qərar olduğunu deməliyəm”
YENİLƏNİB
"Sosial şəbəkədə emosional vəziyyətdə yazdığım sözlərin bir qədər düşünülməmiş qərar olduğunu deməliyəm".
 
Senzor.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin şahmatçısı Rauf Məmmədov sosial şəbəkə hesabında Beynəlxalq Şahmat Federasiyasının (FIDE) bayrağı altında yarışlarda iştirakdan imtina etməsi ilə bağlı yazdığı fikirlərə münasibət bildirərkən deyib.
 
34 yaşlı qrossmeyster şəxsinə göstərilən diqqət və dəstəyə görə hamıya təşəkkür edib: "Ukraynadakı hadisələr hamıya, o cümlədən mənə də təsir edir. Həyat yoldaşım Natalya Buksa ukraynalıdır və əslən Lvov şəhərindəndir. Ukraynadakı hərbi əməliyyatlar başlayan zaman biz Lvov şəhərində yaşayırdıq. Təsəvvür edin, Lvov bombardman ediləndən sonra təxliyə olunmağa məcbur qaldıq. Həyatımda heç vaxt unutmayacağım həyəcanlı anlar yaşadım".
 
R.Məmmədovun sözlərinə görə, şahmatçı kimi indiki vəziyyətdə yarışda iştirak etmək, bütün fikrini cəmləmək çətindir: "Facebook-dakı postuma səbəb kimi göstərilən faktlar reallıqda öz təsdiqini tapmadı. Buna görə də sosial şəbəkədə emosional vəziyyətdə yazdığım sözlərin bir qədər düşünülməmiş qərar olduğunu deməliyəm. Azərbaycan millisində çıxış etmək hər zaman qürurlu olub. Ən çətin vaxtlarda belə yığmanı mübarizədə tək qoymamışam. Azərbaycan millisi ilə üç dəfə Avropa çempionluğunun sevincini yaşamışam. Ailə üzvlərim, yaxınlarım milli komandanın mənim üçün nə qədər önəmli olduğunu başa düşür. Ona görə milli komandada çıxışımı davam etdirəcəyimi, mötəbər yarışlarda Azərbaycan yığmasının şərəfini qoruyacağıma ümid edirəm".
 
Qeyd edək ki, bundan əvvəl Rauf Məmmədovun anası, tanınmış hüquqşünas Lətifə Əliyeva Sport24.az-a verdiyi açıqlamasında  oğlunun millidəki çıxışını davam etdirəcəyini təsdiqləmişdi: “Oğlum Vətənini, bayrağımızı çox sevir. Bu səbəbdən o, çıxışını davam etdirəcək. İstər milli komandada, istərsə də fərdi yarışlarda yenə Azərbaycan bayrağını ucaltmağa davam edəcək”.
 
**11:20


Azərbaycan şahmatçısı Rauf Məmmədov Beynəlxalq Şahmat Federasiyası (FIDE) bayrağı altında yarışlarda iştirakdan imtina edib.
 
Senzor.az-ın məlumatına görə, qrossmeyster “Facebook”da bu addımı Ukraynada baş verən hadisələr üzündən atdığını yazıb.
 
Azərbaycan yığmasının heyətində komandalararası Avropa çempionatının qalibi olan şahmatçı FIDE rəhbərliyinin hadisələrə mövqeyinə etirazını bildirib: “FIDE prezidenti rusiyayönümlü adam olduğundan, söz verirəm ki, müharibə müddətində bu qurumun təşkil etdiyi turnirlərdə oynamayacağam. Yaşasın Ukrayna!”
 
Qeyd edək ki, Rauf Məmmədovun həyat yoldaşı ukraynalı şahmatçı Natalya Buksadır. FIDE prezidenti isə rusiyalı Arkadi Dvorkoviçdir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.