
Rusiya mediası xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi dövlət televiziyasında yayımlanan çıxışı zamanı bildirib.
“İran xalqının nüvə proqramı hüququnun müdafiəsi baxımından geri addım atmayacağıq. Bir daha bəyan edirik: bizim atom sənayemiz dinc xarakterlidir”, - deyə İ.Rəisi vurğulayıb.
Azvision.az xatırladır ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası və ABŞ-ın bu sazişə qayıtması ilə bağlı Vyanada aparılan 8 mərhələli danışıqlarda martın 11-i fasilə elan edilib. Daha əvvəl danışıqların fevralın sonunadək başa çatacağı gözlənilirdi. Təxminən, 20 səhifəlik sənədin mətni razılaşdırılıb. Sənəd sazişin ilkin formasına qayıtmaqla bağlı gələcək tədbirlərdən bəhs edir.