Paşinyan Moskvaya gedir: MÜZAKİRƏ OLUNACAQ İKİ ƏSAS MƏSƏLƏ VAR
ŞƏRH-PROQNOZ
Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 19-da Moskvaya işgüzar səfər edəcək. Məlumatı Ermənistan hökumətinin Mətbuat Xidməti yayıb. Bildirilib ki, Rusiyada iqtisadi əməkdaşlıq məsələləri, eləcə də ikitərəfli münasibətlərə dair başqa mövzuların müzakirəsi gözlənilir. 
 
Xarici işlər nazirlərinin telefon danışığından sonra liderlər səviyyəsində təmas gözlənilən idi. Çünki Kreml Ermənistanın onun orbitindən çıxdığını görür. Bu, Rusiyanı narahat etməmiş deyil. Cənubi Qafqaz məsələsi ilə bağlı Qərbin vasitəçilik təşəbbüslərinin artması, həmçinin İrəvanla Ankara arasında diplomatik münasibətlərin bərpası Moskvanın ürəyincə deyil. Odur ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə müharibənin davam etdiyi bir vaxtda Paşinyanla görüşə də vaxt ayırmalı olur. 
 
Liderlər səviyyəsində müzakirə olunacaq iki əsas məsələ var. Bunlardan birincisi məhz regionla bağlıdır. Çox güman, Putin Paşinyana təzyiqləri artırmağa çalışacaq. Bölgədə "suların tədricən durulduğu" bir vaxtda Kremlin əsas niyyəti proseslərin iştirakçısı olmaqdır. Təsadüfi deyil ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov və xarici işlər naziri Sergey Lavrov bu günlərdə Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün lazım olan şəraitin yaradılmasına kömək etməyə hazır olduqlarını söyləmişdilər. Həmin bəyanatlar Rusiyanın regiondakı təsir gücünün qorunması məqsədilə səsləndirilib. Səfər ərəfəsində sərhəddə təxribatın olması,  gərginliyin artması istisna deyil. Bu, müzakirələrdə Putinin "əlini gücləndirər". 
 
İkinci bir tərəfdən, Rusiya Ukrayna ilə müharibədə Ermənistanın açıq dəstəyindən əmin olmaq istəyir. Bu, İrəvanı Qərbdən "qoparmaq" üçün lazımdır. Yəqin ki, görüşdə həmin mövzuda da danışıqlar olacaq. Hətta liderlər arasında yazılı razılaşmanın əldə olunması mümkündür. Hər halda Putinin istədiyi məhz budur. 
 
Çox güman ki, səfərədək Qərb liderləri, o cümlədən Fransa Prezidenti Emmanuel Makronla Paşinyan arasında təmaslar olacaq. Onlar baş nazirə öz təlimatlarını verə bilərlər.
 
Bu mənada İrəvan hələ də "iki od arasında" qalmaqdadır. Nikol Paşinyan üçün ən yaxşı çıxış yolu ən qısa vaxtda Türkiyə ilə diplomatik əlaqələrin bərpasıdır. Əks halda Qərblə Rusiya arasında gedən rəqabət Ermənistanı daha ağır duruma salacaq.

Kənan Novruzov, 
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.