
Senzor.az bildirir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov Vəkillər Kollegiyasına bərpa olunması barədə məlumatı şərh edərkən deyib.
A.İsmayılovun sözlərinə görə, Avropa Məhkəməsinin qərarından sonra Azərbaycan Ali Məhkəməsi işə baxaraq onu apellyasiya instansiyasına qaytarıb: “İki ildən artıq çəkən süründürməçilikdən sonra, nəhayət, mənim haqqım tanındı. Burada yeganə operativ orqan Vəkillər Kollegiyasıdır. Mənim məhkəmə hakimiyyətinə qarşı bu gün də iddialarım var".