Dünən Rusiya sülhməramlı kontingentinin bir qrup erməni deputata Qarabağa daxil olmağa icazə verməməsi təəccüb doğurur.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Rusiya sülhməramlı kontingenti deputatlarımıza bəyan ediblər ki, bu davranış 9 (10) noyabr 2020-ci il tarixli bəyanata ziddir”, - deyə o qeyd edib.
Xatırladaq ki, dünən Ermənistan parlamentində Azərbaycana qarşı təxribat törədilib. Müxalif “Hayastan” və “Şərəfim var” fraksiyalarının deputatları parlamentin iclas zalını tərk edərkən keçmiş separatçı rejimin "bayraq"larını masalarının üzərinə qoyublar. Onlar növbəti iclasları boykot edəcəklərini və Qarabağa, Ermənistanın sərhədyanı rayonlarına gedəcəklərini bəyan ediblər. Və gediblər, amma...
10 deputatın Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olmasına icazə verilməyib.