Qara dənizdə batan “Moskva” kreyseri hansı tapşırıqları yerinə yetirirdi və... GÖYƏRTƏSİNDƏ NƏLƏR OLUB?
FOTO
Qara dənizdə batan “Moskva” kreyseri Xersonda Rusiya qoşunlarını havadan müdafiə ilə təmin edirdi.
 
UNİAN bildirir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç məlumat verib.
 
Onun sözlərinə görə, gəmi həmçinin Odessa və Xerson bölgələrində desantları müdafiə etməli idi.
 
“Kreyser desant qoşunları üçün hava hücumundan müdafiəni təmin edirdi, onun göyərtəsində çoxlu sayda “S-300” sistemləri var idi, buna görə də “əla çətir” idi”, - deyə o vurğulayıb.
 
Ukrayna komandanlığının məlumatına görə, “Moskva” kreyseri Odessa yaxınlığında iki “Neptun” raketi ilə vurulub. Nəticədə gəmidə yanğın baş verib.
 
Ötən gecə Rusiya hökuməti də kreyserin itkisini rəsmən təsdiqləyib: Rusiya Müdafiə Nazirliyi onun Qara dənizdə yedəyə alınarkən batdığını bildirib.
 
“Moskva” kreyseri düşmənin böyük suüstü gəmilərinə hücum etmək üçün hazırlanmışdı, həmçinin uzaq birləşmələrin hava hücumundan müdafiəsini və desantlar üçün atəş dəstəyini həyata keçirə bilirdi.
 
Gəmidən Gürcüstanda (2008), Suriyada (2015) və Ukraynada (2022) hərbi münaqişələrdə istifadə olunub.
 
“Forbes”un məlumatına görə, bu gəmi Ukrayna ilə müharibədə Rusiyanın ən bahalı hərbi itkisi olub. Kreyserin təxmini dəyəri 750 milyon dollardır (1,275 milyard manat).





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.