“Anlaşılmaz və qəbul edilə bilinməyən bir mənzərə gördük: dağıdılmış yaşayış məntəqələri, sadə insanların bombalanmış evləri... Mən Prezident Vladimir Zelenskiyə və digər prezidentlərə dedim ki, bu, müharibə deyil, terrordur”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Polşa Prezidenti Andjey Duda deyib.
“Əgər kimsə təyyarələri, əsgərləri yaşayış məntəqələrini bombalamağa, dinc insanları öldürməyə istiqamətləndirirsə, deməli, bu, müharibə deyil, qəddarlıq, quldurluq, terrordur. Bu, Rusiyanın Ukraynaya hücumunun heç vaxt razılaşa bilməyəcəyimiz mənzərəsidir.
Bütün qaydaları pozanlarla dialoq aparılmır. Əvvəlcə pozuntunu etiraf etməli, bir sözlə, məğlub olmalıdırlar ki, normal söhbət başlaya bilsin”, - Duda vurğulayıb.
Qeyd edək ki, Polşa, Latviya, Litva və Estoniya prezidentləri Kiyevə səfərə gəliblər.