Rusiya Prezidenti Vladimir Putinin 2021-ci ildəki gəliri 10 milyon 202 min 616 rubl (124 min dollara yaxın) təşkil edib.
Senzor.az bildirir ki, Kremlin yaydığı rəsmi məlumatda belə deyilir.Qeyd olunub ki, bu, 2020-ci illə müqayisədə 207,9 min rubl çoxdur.
Prezidentin 2017-ci ildə gəliri rekord olaraq qalır. Həmin ildə Putinin gəliri 18,7 milyon rubl olmuşdu.
Müqayisə üçün xatırladaq ki, Baş nazir Mixail Mişustinin 2021-ci il üçün gəliri 18,3 milyon rubl, Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturovunku isə 704,7 milyon rubl təşkil edib.