Rusiya Prezidenti Vladimir Putin diqqət çəkən bir qanun imzalayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, yeni qanuna əsasən, Rusiyada SSRİ və nasist Almaniyasının İkinci Dünya Müharibəsindəki rolunu açıq şəkildə eyniləşdirən vətəndaşlara cərimə və həbs cəzası tətbiq olunacaq.
Cərimə 5 min rubla qədər, həbs isə 15 sutkaya qədər nəzərdə tutulur. Qanunu pozan hüquqi şəxsləri isə 100 min rubla qədər cərimə gözləyir.
Məlumata görə, təşəbbüs “Vahid Rusiya” Partiyasının deputatları Yelena Yampolskaya və Aleksandr Jukov, senatorlar Aleksey Puşkov və Olqa Kovitidi tərəfindən irəli sürülüb.