Hüquq-mühafizə orqanlarının əməkdaşları Fransada prezident seçkilərinin ikinci turuna az qalmış Parisin mərkəzində sağçılar əleyhinə keçirilən nümayişin iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər.
TASS xəbər verir ki, nümayişçilər seçki marafonunun finalına çıxan hər iki namizədə - Fransa Prezidenti Emmanuel Makron və onun rəqibi Marin Le Penə qarşı şüarlar səsləndiriblər.
Etirazçılar polis kordonunun müşayiətilə Bastiliya meydanından Respublika meydanınadək hərəkət ediblər. Bəzi nümayişçilər asayiş keşikçilərinin kordonunu yarmaq istəyib. Polis sonunculara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, aprelin 10-da Fransada prezident seçkilərinin birinci turu keçirilib. Seçki yarışında 12 namizəd iştirak edib. Ölkənin hazırkı Prezidenti Emmanuel Makron 27,84%, Le Pen isə 23,15% səs toplayıb. Aprelin 24-də baş tutacaq ikinci turda Yelisey sarayı uğrunda final duelində eyni siyasətçilərin üz-üzə gəldiyi son seçkilərin dueli təkrarlanacaq.
Xatırladaq ki, 2017-ci ildə Makron 66,1%, Le Pen isə 33,9% səs toplamışdı.