Ermənistan müxalifəti İrəvanın mərkəzində müddətsiz etiraz aksiyası elan edib.
APA xəbər verir ki, bunu İrəvanın Azadlıq meydanındakı mitinqdə müxalifət lideri Artur Vanetsyan deyib.
Axşam saatlarında polis etirazçıların çadır qurmaq cəhdinin qarşısını alıb və bir neçə nəfəri saxlayıb.
Bundan sonra Vanetsyan hakimiyyətin çadırların qurulmasına icazə verib-verməməsindən asılı olmayaraq, meydanı tərk etməyəcəklərini bəyan edib.
Vanetsyan aksiyada "Mən buradan heç yerə getmirəm”, “qeyri-müəyyən etirazlara başlayırıq” kimi şüarlar səsləndirib.
Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istədiyini bildirib.
“Şərəfim var” fraksiyasının lideri və Ermənistan Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru Artur Vanetsyan bunun üçün “yol xəritəsi”nin tərtib olunacağını bildirib.
O, əlavə edib ki, əsas məsələ Paşinyanın istefasıdır.