Almaniya vətəndaşları arasında Kansler Olaf Şoltsun fəaliyyətindən narazılıq səviyyəsi onun hakimiyyəti dövründə ən yüksək həddə çatıb.
INSA xidmətinin “Bild am Sonntag” qəzetinin sifarişi ilə apardığı sosioloji rəy sorğusunun nəticələrindən məhz belə qənaət hasil olur.
Sorğu nəticəsində məlum olub ki, respondentlərin 49 faizi Olaf Şoltsun işini bəyənmədiyi halda, 38 faizi onun Kansler kimi fəaliyyətini qənaətbəxş hesab edir. Bu, ötən il dekabrın 8-də vəzifəsinin icrasına başladığı dövrdən bu yana Olaf Şoltsun fəaliyyətindən narazılığın ən yüksək səviyyəsidir.
Ümumilikdə isə Almaniya vətəndaşlarının 55 faizi federal hökumətin fəaliyyətindən narazıdır. Rəyi soruşulanların yalnız 35 faizi Nazirlər Kabinetinin fəaliyyətini müsbət qiymətləndirib.