Bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxış edən zaman 44 günlük müharibə ilə bağlı bir sıra diqqətçəkən açıqlamalar verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, onun “Bu gün sual edirlər ki, müharibənin qarşısını ala bilərdimmi? Biz müharibənin qarşısını ala bilərdik və bunun nəticəsində təbii ki, itkisiz şəkildə də eyni vəziyyətə düşərdik” fikirləri daha çox müzakirələrə səbəb olub.
Bu gün müharibədə öldürülmüş hərbçilərin valideynləri Paşinyanın bu etirafını əldə əsas tutaraq ona qarşı cinayət işi açılmasını tələb ediblər. Etiraz aksiyası keçirənlər Jori hərbi hissəsinin D-20 artilleriya batalyonunun həlak olan hərbçilərinin yaxınları olub. Etirazçılar məlum açıqlama əsasında Baş Prokurorluğa Nikol Paşinyanın onların övladlarını bilərəkdən ölümə göndərməsi barədə ifadə xarakterli məlumat veriblər.
"Zərərçəkmişlərdən birinin xalası Anahit Manasyan deyib ki, bu şikayətə 69 qurbanın valideynləri və yaxınları qoşulub", - yerli media aksiya ilə bağlı yazıb.