Qərb Ukraynaya hər cür dəstək verir, amma Kiyev yenə narazıdır: NİYƏ?
EKSPERT ŞƏRHİ
Rusiya ilə Ukrayna arasında ay yarımdır davam edən müharibə fonunda Qərb dövlətləri, həmçinin Avropa İttifaqının müxtəlif rəsmiləri Kiyevə dəstək ifadə edirlər. Onların məlumatlarına görə,  Ukraynaya silah göndərilir, maddi vəsait ayrılır, Rusiyaya isə ard- arda sanksiyalar tətbiq olunur. Lakin…
 
Ukrayna Prezidenti Vladimir Zelenski və digər bəzi rəsmilər göndərilən yardımın kifayət qədər olmadığını deyirlər. Sonuncu belə açıqlamalardan birini Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak vermişdi. O, “Tviеter” səhifəsində yazmışdı ki, Rusiyanı məğlub etmək üçün Ukraynaya  ən qısa vaxtda  ağır silahlar göndərilməlidir.  Maraqlıdır, doğrudanmı Qərbin Ukraynaya dəstəyi lazımi qədər deyil və bu, sadəcə görüntü yaratmaq üçündür?  

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov məsələni senzor.az-a şərh edərkən “yəqin ki, yox” deyib: “Birincisi ona görə ki, Qərb Ukraynaya dəstək verməsəydi, Kiyev bu qədər müddət ərzində uğurlu mübarizə apara bilməzdi. İkincisi, Ukrayna "bataqlığının" Qərbin yaratdığını nəzərə alsaq, məqsəd aydındır: Rusiyanı zəiflətmək. Belə olan halda isə Qərbin Ukraynanı dəstəkləməsi yox, dəstəkləməməsi təəccüblü olar. Üçüncüsü, Kiyev Qərbin dəstəyinə, yəqin ki, xeyli inanır. Təsadüfi deyil ki, Zelenskinin müharibənin ilk günlərində və indi səsləndirdiyi bəyanatlar arasında fərq aydın hiss olunur. Ukrayna lideri indi daha inamlıdır”. 
 
Elə isə ukraynalı rəsmilər niyə belə açıqlamalar verirlər? 
 
Ekspertin fikrincə, çox güman ki, belə bəyanatların ünvanı ilk növbədə Kremldir: “Kiyev Qərbin onları lazımi qədər dəstəkləmədiyi barədə rəy yaratmaq istəyir. Bu, Qərbin özünə də sərf edir”. 
 
Bütün bunları nəzərə alaraq, K.Novruzov hesab edir ki, Avropa ölkələrinin Ukraynaya dəstəyi davam edəcək: “Bu isə o deməkdir ki, savaş hələ uzun müddət çəkəcək və yaxın vaxtlarda atəşkəs olmayacaq”. 
 
Senzor.az
 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.