Rəsmi Kiyev Moskvanın sülh sənədi layihəsi ilə bağlı açıqlamasına münasibət bildirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak açıqlama verib.
O, həmin sənədin Ukraynanın təkliflərinə əks mövqedə olduğunu söyləyib.
"İndi biz həmin sənəddə qeyd olunanları öyrənəcək, müqayisə edəcək və nəticə çıxaracağıq. Biz İstanbul görüşü çərçivəsində qarşı tərəfə öz təkliflərimizi vermişdik. Həmçinin təhlükəsizlik təminatları ilə bağlı tələblərimizi də bildirmişdik”, - deyə o vurğulayıb.
Qeyd edək ki, bir az əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin Kiyevə sülh sənədi layihəsi təqdim etdiyini və cavab gözlədiyini açıqlamışdı.