Azərbaycan növbəti tarixi hadisənin astanasındadır. Hansı ki, bu hadisəni ən yeni tariximizin başlanğıcı da adlandırmaq olar. Söhbət Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində 22-23 aprel tarixində keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayından gedir.
Dünya Azərbaycanlılarının V Qurultayının azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq dövrünə təsadüf etməsinin, xüsusən də Azərbaycanın mədəniyyət paytaxtı hesab olunan Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası var.
Birincisi, Şuşa Azərbaycan üçün istər mənəvi, istərsə də mədəni baxımdan mühüm bir şəhərdir. Təsadüfi deyil ki, geridə qoyduğumuz 28 illik işğal dövründə Şuşa şəhəri qələbəyə olan inamın simvolu halına gəlmişdi. Şuşa şəhərinin işğal prosesi dövründə misli ilə artan dəyəri, simvolik mənası bu gün də özünü göstərir. Belə ki, Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayı həm də Zəfər Qurultayı kimi tarixə düşəcək. Heç şübhəsiz ki, bu tarixi reallıq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyinin, düşünülmüş və qətiyyətli siyasətinin nəticəsidir.
İkincisi, Qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Bu, işğaldan azad edilən ərazilərin əsl sahibinə qayıtdığını dünya miqyasında elan etmək üçün əvəzsiz fürsətdir. Qələbəni qazanmaq hələ prosesin sonu demək deyil. Bu qələbəni dünya miqyasında tanıtmaq lazımdır. Təəssüf ki, biz öz əzəli torpaqlarımızın işğaldan azad edilməsini belə tanıtmaq məcburiyyətindəyik. Bu gün bu bizim üçün məcburiyyət olsa da, gələcəkdə prosesin yenidən alovlanmaması üçün vacib bir məqamdır.
Dünya Azərbaycanlılarının V Qurultayı ilə bağlı bir vacib məqam da son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad edilməsindən sonra ilk böyük görüşü olacaq. Bu həm də xaricdə yaşayan soydaşlarımızın, təşkilatların fəaliyyətinin koordinasiyası, milli həmrəylik və birlik ideyasının reallaşdırılması baxımından mühüm hadisə olacaq.
Etiraf etmək lazımdır ki, Azərbaycan diasporu uzun illər erməni diasporu ilə rəqabətdə xeyli geridə qalırdı. Lakin son 4 ildə görülən əsaslı işlər 31 ölkəni əhatə edən 14 Koordinasiya Şurasının yaradılması, 12 ölkədə 18 Azərbaycan Evinin yaradılması kimi atılan mühüm addımlar nəticədə 44 günlük müharibə gedişində öz bəhrəsini verdi. Bu illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diasporu mühüm inkişaf yolu keçdi. Ölkə həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında, milli maraqların qorunması işində səmərəli fəaliyyət göstərdi. Müharibənin getdiyi ən şiddətli bir vaxtda Azərbaycan Diasporu Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirdi, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak etdi. 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərdi...
Nəticə etibarilə Dünya Azərbaycanlılarının V Qurultayının istər mədəniyyət paytaxtımız Şuşada keçirilməsi, istərsə də qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı ən yeni tariximiz baxımından mühüm hadisədir.
Turan Rzayev,
Siyasi şərhçi