
Senzor.az-ın TASS-a istinadən məlumatına görə, iş adamı bildirib ki, Böyük Britaniya və Avstraliyanın fərdi sanksiyaları “Lukoyl”un işinə mane olur.
V.Ələkbərovun sözlərinə görə, məhz bu amil onun şirkət rəhbərliyini tərk etməsinə səbəb olub.
Milyarder bildirib ki, Rusiyadan getmək fikri yoxdur.
O, bundan sonra sosial layihələrlə məşğul olmağa davam edəcəyini qeyd edib.