
Senzor.az bildirir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko “Teleqram” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, komendant saatı aprelin 23-dən 24-nə keçən gecə saat 23:00-dan səhər saat 05:00-dək tətbiq ediləcək.
“Vətəndaşların təhlükəsizliyi və Pasxa gecəsində mümkün təxribatların qarşısını almaq məqsədilə komendant saatı tətbiq ediləcək. İbadət mərasimləri gecə onlayn şəkildə keçiriləcək”, - deyə Vitali Kliçko bildirib.
Kiyev meri vətəndaşları komendant saatı qaydalarına riayət etməyə və Pasxa bayramını təhlükəsiz şəkildə qeyd etməyə çağırıb.