Qırğızıstanda keçmiş prezidentin azadlığa buraxılması tələbi olunur - MİTİNQ
Qırğızıstanın paytaxtı Bişkekdə Pervomay rayon məhkəməsinin binası qarşısında ölkənin keçmiş Prezidenti Almazbek Atambayevin azadlığa buraxılması tələbi ilə mitinq keçirilib.
 
Məlumatı “knews” yayıb.
 
Bildirilib ki, məhkəmədə 2020-ci ilin oktyabr hadisələri ilə bağlı cinayət işi üzrə dinləmələr davam edir. Bu cinayət işi üzrə Almazbek Atambayev, tərəfdaşları və bir sıra siyasətçilər iğtişaşların təşkilində ittiham olunur.
 
Qeyd edək ki, A.Atambayev 2011-2017-ci illərdə Qırğız Respublikasına rəhbərlik edib. O, 2019-cu ilin 8 avqustunda Koy-Taş Çuysk əyalətindəki kənddə-iqamətgahında saxlanılıb. Eks-prezidentə qarşı bir sıra ittihamlar irəli sürülüb və o, azadlıqdan məhrum olunub. A.Atambayev dəfələrlə bildirib ki, bu ittihamları siyasi təqib hesab edir.
 
“Report” xatırladır ki, Bişkekin Pervomay rayonunun Məhkəməsi cinayətkar aləmin tanınmış fiqurlarından olan Əziz Batukayevin qanunsuz olaraq azadlığa buraxılması işi üzrə ötən ilin iyununda A.Atambayevi 11 il müddətinə azadlıqdan məhrum etmişdi. Ə.Batukayev 2006-cı ildə 16 il azadlıqdan məhrum olunmuşdu.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.