“Taliban”ın hərbi komissiyası hərəkatın sıralarına keçmiş hərbçilərin, polislərin və İŞİD terrorçularının qəbul olunmasını qadağan edib.
Məlumatı “RİA Novosti” yayıb.
Həmçinin, saqqalı olmayan kişilərin də taliblərin sıralarına daxil ola bilməyəcəyi vurğulanıb.
Komissiyadan o da bildirilib ki, döyüşçülər günəş eynəkləri taxa və üzlərini bağlaya bilməzlər.