“Ermənilərin törətdiyi vəhşiliklər hələ də yaddaşımızdadır”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Anadoluda həyatını itirən müsəlmanlar ölən ermənilərin sayından daha çoxdur. Tarixçilərin müzakirə etməli olduğu mövzuların siyasətçilərin təbliğat alətlərinə çevrilməsini qəbul etmirik. Bəzilərinin tanıdığı erməni iddialarının bizim üçün heç bir əhəmiyyəti yoxdur. ABŞ Prezidenti Cozef Baydenin açıqlamalarını da belə qiymətləndirir və ona əhəmiyyət belə vermək istəmirik. Bayden ermənilərlə bağlı tarixi yaxşı bilməlidir. Onları bilmədən Türkiyəyə meydan oxumağa çalışmasını bağışlamağımız mümkün deyil", - deyə dövlət başçısı vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Cozef Bayden 1915-ci ildə Osmanlı dövlətində baş verənləri "soyqırımı" adlandırıb. Bir il əvvəl də Bayden bu hadisələri "soyqırımı" adlandıran ilk ABŞ Prezidenti olub.