Qarabağda ölən erməni hərbçilərin valideynləri baş prokurorla görüş tələb edirlər
İRƏVANDA AKSİYA
İrəvanda Qarabağdakı 44 günlük müharibə zamanı həlak olan hərbçilərin valideynləri və digər qohumları Baş Prokurorluğun binası yaxınlığında toplaşaraq qurumun rəhbəri Artur Davtyanın onlarla görüşüb suallarını cavablandırmasını tələb edirlər.
 
Senzor.az “Sputnik Armeniya”ya istinadən bildirir ki, ölən əsgərin atası, müxalifətçi Qeqam Nazaryan ona müraciətlə deyib: "Sakitcə aşağı düş,  heç kim sənə qarşı zorakılıq etmək fikrində deyil. Əgər istəsəydin, bunu çoxdan edərdin".
 
O əlavə edib ki, valideynlər Davtyana baş nazir Nikol Paşinyana qarşı cinayət işinin başlanması tələbi ilə ərizə vermək istəyirlər.
 
Aksiyaya toplaşanlar baş nazirin parlamentdə çıxışı zamanı səsləndirdiyi qalmaqallı bəyanatdan hiddətləndiklərini bildirirlər. Paşinyan xüsusən də torpaqların təhvil verilməsi ilə bağlı ittihamları rədd edərək bildirib ki, əgər həqiqətən belə etsəydi, minlərlə insanın həyatını xilas edə bilərdi. Lakin bundan imtina edərək, minlərlə qurbanın günahkarı oldu.
 
Karin Tonoyan Ermənistan Prokurorluğundan Paşinyanın dövlət xaini kimi tanınmasını tələb edib.
 
Qeyd edək ki, baş nazirin həmin çıxışından sonra - aprelin 18-də 44 günlük müharibədə həlak olan bir sıra hərbçilərin valideynləri cinayət işinin başlanması tələbi ilə Ermənistan Baş Prokurorluğuna müraciət ediblər. Baş Prokurorluq valideynlərin müraciətini müharibə zamanı baş verə biləcək cinayətlərlə bağlı işə  birləşdirilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə Şurasına göndərib. Valideynlər yürüş keçirmək qərarına gəlib və Paşinyanın məsuliyyətə cəlb edilməsi üçün kəskin tədbirlər görəcəklərinə söz veriblər.
Senzor.az





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.