Ermənistan parlamentinin “Hayastan” blokunun deputatı İşxan Saqatelyan İrəvanda aprelin 26-na təyin edilmiş etiraz aksiyalarının başa çatdığını bəyan edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, daşnak deputat buna rəğmən sabah da müxtəlif aksiyaları davam etdirəcəklərini deyib.
“Bu gün bir qrup Tiqranaşendən artıq Yerasxa çatıb. İcevandan da bir qrup Dilicana çatıb. Ertəsi gün Sərdarapat və Baş-Aparandan olan vətəndaşlarımız da bizə qoşulacaq”, - Saqatelyan bəyan edib.
O əlavə edib ki, aksiyalarda müxtəlif siyasi qüvvələr, ictimai qruplar, ayrı-ayrı şəxslər iştirak edəcək.
Aprelin 27-də əsas yürüş saat 18:30-da başlayacaq, etirazçı kütlə faşist Qaregin Njdenin abidəsindən hərəkətə başlayacaqlar. Saqatelyan qeyd edib ki, aksiyalar əsas mitinqin keçiriləcəyi mayın 1-dək davam edəcək. Bundan sonra müxalifət gələcək fəaliyyət planını təqdim edəcək.
Xatırladaq ki, aprelin 25-dən etibarən müxalifət nümayəndələri İrəvanın müxtəlif rayonlarında aksiyalar keçirirlər.
**22:41
Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhdarları bu gün axşam saatlarında İrəvanda hökumət başçısının istefası tələbi ilə növbəti yürüşə başlayıblar.
“RİA Novosti” bildirir ki, paytaxtın dəmir yolu vağzalı meydanından başlayan aksiyanın iştirakçıları İrəvanın mərkəzinə doğru irəliləyirlər.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan parlamentinin müxalif “Ermənistan” fraksiyasından olan vitse-spikeri İşxan Saqatelyan aprelin 25-dən bütün ölkədə davamlı etiraz aksiyaları keçirəcəyini bəyan edib.
Digər müxalifət fraksiyasının lideri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan da deyib ki, aprelin 25-dən mübarizənin ikinci mərhələsi başlayacaq. Aktiv və dinamik mərhələnin məqsədi daha çox insanı səfərbər etmək olacaq.