BMT Baş Assambleyası Təhlükəsizlik Şurasının (TŞ) 5 üzvünün veto hüququndan istifadəni əsaslandırmasını tələb edən qətnamə qəbul edib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, Lixtenşteynin təklif etdiyi layihə TŞ-nin veto hüququna malik 5 üzvünə - ABŞ, Rusiya, Çin, Birləşmiş Krallıq və Fransaya şamil edilir.
BMT-nin Baş katibi Antonio Quterreş də Rusiyaya səfəri zamanı məsələyə münasibət bildirib. Baş katib deyib ki, veto hüququndan yerində istifadənin tərəfdarıdır: “Veto hüququ həddən artıq çox istifadə edilib. Bir çox hallarda isə ondan istifadə vacib əhəmiyyət kəsb etməyib”.
Veto hüququndan istifadəni məhdudlaşdıran layihəni 2 il əvvəl Lixtenşteyn təklif edib.
Türkiyə də daxil olmaqla 80-dən çox ölkə tərəfindən dəstəklənən qətnamə layihəsində vurğulanıb ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün qlobal sülhün təminatçısı olacağı gözlənildiyi halda, tez-tez veto hüququndan istifadə etməsi BMT TŞ-ni faktiki fuksionerliyini itirmiş qurum halına gətirir. Odur ki, müzakirə olunan məsələlərə veto qoyan daimi üzvlər BMT Baş Assambleyası qarşısında ən geci 10 gün ərzində açıqlama verib öz qərarlarını əsaslandırmalıdırlar.
Layihə 193 üzvü olan BMT Baş Assambleyasının müzakirəsinə çıxarılıb və səs çoxluğu ilə qəbul olunub.
Qətnamənin Rusiyaya qarşı qəbul olunduğu şübhə doğurmur. Çünki statistikaya görə, veto hüququndan indiyədək ən çox Rusiya istifadə edib (143 dəfə). Sonrakı yerlərdə ABŞ (86), Birləşmiş Krallıq (30), Çin və Fransa (hər biri 18 dəfə) gəlir.