Rusiya Caliber.az saytını da blokladı
Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) Rusiyada Caliber.az saytını bloklayıb.
 
Senzor.az-ın məlumatına görə, bununla da Rusiyadan sayta giriş məhdudlaşdırılıb.
 
Yeri gəlmişkən, sayta giriş Rusiya qanunvericiliyi pozulmaqla-heç bir xəbərdarlıq edilmədən məhdudlaşdırılıb.
 
Bu addıma səbəb Caliber.az-ın Rusiya-Ukrayna müharibəsi, habelə digər mövzularla bağlı operativ, dəqiq xəbərlər yayması olub. Bununla da Rusiya alternativ fikrə qarşı dözülməz münasibətini bir daha ortaya qoyub. 
 
Qeyd edək ki, Caliber.az rus, ingilis və erməni dillərində fəaliyyət göstərir. Bu baxımdan verilmiş qərarı həm də Caliber.Az-ın Rusiyadakı oxucularına qarşı hörmətsizlik hesab etmək olar.
 
Onu da xatırladaq ki, bundan əvvəl oxu.az, haqqin.az, minval.az, musavat.com, baku.ws saytları da Rusiya ərazisində heç bir xəbərdarlıq edilmədən bloklanmışdı.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.