İlham Əliyev: "Ermənistan təcrid olunmuş ada kimi yaşamağa davam edə bilməz"
“Hazırda Azərbaycanın əsas diqqəti Qarabağı necə bərpa etməyə və ora keçmiş məcburi köçkünləri tez bir zamanda qaytarmağa yönəlib”.
 
Senzor.az bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə deyib.
 
“Eyni zamanda, açıq şəkildə elan edilmiş, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən sülh gündəliyimiz, təşəbbüslərimiz təkcə Azərbaycan ilə Ermənistan arasında deyil, həm də Cənubi Qafqazda regional inkişafa və regional inkişaf üçün yeni imkanlara yönəlib. Otuz ildir Ermənistanın separatizmi və təcavüzü ucbatından biz bu fürsəti itirmişik, Cənubi Qafqaz inteqrasiya olunmayıb”, - dövlət başçısı bildirib.
 
Prezident Azərbaycanla Gürcüstan arasında çox sıx əməkdaşlığın olduğunu vurğulayaraq deyib ki, bu, artıq ikitərəfli və beynəlxalq səviyyədə vacibdir: "Lakin Ermənistanda da belə bir anlayış olmalıdır ki, onlar təcrid olunmuş ada kimi yaşamağa davam edə bilməzlər. Onlar bizimlə münasibətləri normallaşdırmalı, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.