İrəvanda daha bir qeri-adi aksiya – BU DƏFƏ ÜZƏRİNDƏ PAŞİNYANIN FOTOSU OLAN TOYUQLARLA
FOTO, VİDEO
Ermənistan müxalifəti İrəvanda daha bir qeyri-adi aksiya keçirib. 
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, müxalifət fəalları hakimiyyət tərəfindən təsis edilmiş Vətəndaş Gününü özünəməxsus şəkildə etirazla qeyd etmək qərarına gəliblər. Belə ki, onlar meydana üzərində baş nazir Nikol Paşinyanın şəkili olan toyuqlar buraxıblar.
 
"Azadlıq hərəkatı"nın qurucularından olan Ara Zöhrabyan jurnalistlərə açıqlamasında deyib ki, Vətəndaş Günü saxta bayramdır.
 
“Deyirlər ki, "qürurlu vətəndaş"larıq. Amma vətəndaş indi həmişəkindən daha çox alçaldılır. İndi əsas məsələ milli ləyaqəti qorumaqdır. Bizim şüarımız qorxudan, qorxaqlıqdan qurtulmaqdır. Onlar 2018-ci ildə hakimiyyətə gələndə qorxu səpdilər. Bu qorxaq insanlar bizi məğlubiyyətə sürüklədilər. Toyuqlar isə onların qorxaqlıqlarının simvoludur”, - A.Zöhrabyan deyib.
 
Ev quşlarını aksiyaya gətirən fəal isə dərhal polis tərəfindən saxlanılıb. Onu zorla polis maşınına mindirəndə aktivist “onda toyuqları da həbs edin” deyib.
 
Polis təkcə toyuqları meydana gətirən fəalı deyil, hərəkatın nümayəndəsi Vaaqn Çaxalyanı da saxlayıblar. Polis onun silah saxlamaqda şübhəli bilindiyini deyib.












Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.