Rusiyanın "İsgəndər-M" raketləri Belarus ərazisində üzü Ukraynaya doğru yerləşdirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bundan əlavə, Belarus silahlı qüvvələrinin bölmələri Ukrayna ilə sərhədin Brest və Qomel vilayətlərində hərbi tapşırıqları yerinə yetirir.
"Ukraynada Belarusla sərhəd ərazilərdə təxribatın mümkünlüyü istisna edilmir. Hərbi və mülki infrastruktura raket və bomba hücumları təhlükəsi hələ də qalmaqdadır", - Baş Qərargah qeyd edib.
Eyni zamanda Severski istiqamətində - Ukraynanın Rusiya ilə həmsərhəd rayonlarında, həmçinin Zaporojye, Dnepropetrovsk, Donetsk, Luqansk və Xarkov vilayətlərinin yaşayış məntəqələrində infrastruktur obyektləri atəşə tutulur.