İrəvanda etiraz aksiyası: saxlanılanların sayı 200-ə çatıb
YENİLƏNİB

Ermənistan polisi müxalifətin elan etdiyi vətəndaş itaətsizliyi aksiyası çərçivəsində İrəvanın mərkəzində küçələri bağlamış 200-ə yaxın   nümayişçini saxlayıb.
 
Məlumatı “İnterfaks” yayıb.
 
“İndiyədək polisin qanuni tələblərinə tabe olmayan 189 nəfər axlanılıb”, - polis nümayəndəsi Edqar Canoyan deyib.
 
Xatırladaq ki, dünən İrəvanın mərkəzində yerləşən Fransa meydanında toplaşmış müxalifətçilər gecə-gündüz etiraz aksiyası keçirmək üçün çadırlar qurublar.
 
**10:58

Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın rəhbəri olduğu Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan müxalifətin aksiyasında saxlanılıb.
 
“Report” xəbər verir ki, bunu siyasətçi “feysbuk” səhifəsində yazıb.
 
Onun sözlərinə görə, o və bir qrup vətəndaş saxlanılaraq mərkəzi polis şöbəsinə aparılıb.
 
Qeyd edək ki, Ermənistanda müxalifət aprelin 25-dən kütləvi aksiyalara start verib. Nümayişlərin başlamasına səbəb baş nazir Nikol Paşinyanın Qarabağ danışıqları üzrə bəyanatları olub.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.