Ermənistan və Türkiyə arasında razılıq əldə edildi
NORMALLAŞMA PROSESİ İLKİN ŞƏRT OLMADAN DAVAM ETDİRİLƏCƏK
Türkiyə Xarici İşlər Nazirliyi, Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndələri Səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında Vyanada keçirilən görüş barədə bəyanat yayıb.
 
APA-nın verdiyi xəbərə görə, nümayəndələr bu proses vasitəsilə iki ölkə arasında tam normallaşmaya nail olmaq kimi daha əvvəl elan edilmiş məqsədi təsdiqləyiblər.
 
“Bu kontekstdə konkret fikirlər ətrafında səmimi və konstruktiv fikir mübadiləsi aparılıb, bu istiqamətdə irəliləyiş üçün atıla biləcək mümkün addımlar müzakirə olunub. Xüsusi Nümayəndələr prosesi ilkin şərt olmadan davam etdirməyə razılıqlarını bir daha təkrarlayıblar”, - deyə bəyanatda bildirilir.
 
Qeyd edək ki, bu gün Vyanada Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələrin görüşü olub. Bu, xüsusi nümayəndələr arasında üçüncü görüşdür.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.