
Bu barədə senzor.az-a danışan sənətçi bir neçə gün öncə maraqlı bır musiqi rolikini təqdim etdiyini bildirib.
Əməkdar artist qeyd edib ki, dünya şöhrətli italyan bəstəkarı, aranjemançı və dirijor, həmçinin bir çox kino və televiziya verilişləri üçün bəstələdiyi musiqilərlə məşhurlaşmış Ennio Morrikonenin “Once upon a time in America” filmində səsləndirilən musiqini bass gitarada ifa edib.

Onu da qeyd edək ki, R.Hüseynov hər il Azərbaycanda keçirilən caz festıvallarında, müxtəlif dövlət tədbirlərində, habelə xaricdə çoxsaylı müsabiqələrdə iştirak edib. Bundan başqa, Əməkdar artist 2015-ci ildə Azərbaycanda ilk dəfə bass gitara üçün "In Minutes" adlı mahnı bəstələyib və həmin kompozisiya üçün də videoçarx çəkdirib.
Qabil YUSİFOĞLU