
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, aprelin 27-dən qüvvəyə minən sanksiyaların tam siyahısı White & Case beynəlxalq hüquq firmasının saytında dərc olunub. Sanksiyalar 200-ə yaxın rusiyalı şəxsin, o cümlədən Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun və oliqarx Oleq Deripaskanın, həmçinin Prezident Vladimir Putinin ailə üzvlərinin və İsveçrədəki bir çox rusiyalı məmurların bank hesablarını və digər aktivlərini dondurub.
İsveçrə siyahıya 18 təşkilatı, o cümlədən dörd Rusiya bankını da daxil edib. Bunlar VTB, Sovkombank, Novikombank və Otkritie Bank, eləcə də müdafiə, elektronika, gəmiqayırma və nəqliyyat sənayesində fəaliyyət göstərən müxtəlif şirkətlərdir.
Xatırladaq ki, Fərhad Əhmədovun adı Aİ-nin Rusiyaya qarşı əvvəlki sanksiyalar siyahısından çıxarılmışdı. Lakin 5-ci paketə salınıb.
Sanksiyaların tam siyahısı ilə buradan tanış ola bilərsiniz:
https://www.whitecase.com/publications/alert/switzerland-adopts-new-sanctions-line-eus-fifth-package
Senzor.az