"Rusiyanın Ukraynadakı “xüsusi əməliyyat”ının bu qədər uzanacağını düşünmürdüm".
Senzor.az bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Associated Press” agentliyinə müsahibəsində deyib.
“Mən bu problemə o qədər də qarışmıram ki, onların planlarını bilim. Amma hiss edirəm ki, bu əməliyyat uzandı”, - o bildirib.
Lukaşenko qeyd edib ki, Belarus bu müharibənin baş verməməsi üçün hər şeyi edib və edir: "Biz bu müharibəni qəti şəkildə qəbul etmirik".
Belarus Prezidenti NATO-Rusiya münaqişəsi ehtimalına da münasibət bildirib.
O, Rusiya Prezidenti Vladimir Putinin NATO ilə birbaşa münaqişəyə can atmadığını deyib. Belarus lideri Qərbi bunun qarşısını almaq üçün hər şeyi etməyə çağırıb.
“Çox güman ki, o, NATO ilə qlobal qarşıdurmanın olmasını istəmir. Bundan istifadə edin. İstifadə edin və bunun baş verməməsi üçün hər şeyi edin. Əks halda, Putin bu halı istəməsə belə, hərbçilər buna reaksiya verəcəklər”, - Lukaşenko vurğulayıb.